Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:32

İyunun 20-də saat 06:45 radələrində cəbhə bölgəsində yerləşən «N» saylı hərbi hissədə iki əsgərin ölümü, bir əsgərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, əsgər Bəhruz Ağakişiyev tabeliyində olan avtomatdan atəş açaraq əvvəlcə əsgər Neyman Abdullayevi qətlə yetirib, Kamran Əhmədovu isə yaralayıb. Bundan sonra Bəhruz Ağakişiyev silahından atəş açaraq intihar edib.

Yaralı əsgər K. Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq araşdırma aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG