Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

Amnesty BMT-nin Təhlükəsizlik Şurasını pisləyir



Amnesty İnternational BMT-nin Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyi təmin edə bilmədiyinə görə tənqid edib. İyunun 20-də Beynəlxalq Qaçqın günü münasibətilə verdiyi bəyanatda qrup şura üzvlərini «dinc sakinləri qorumaq üçün daha qətiyyətlə hərəkət etməyə çağırıb».

Bəyanatda deyilir ki, Təhlükəsizlik Şurasının Suriya, İraq və digər ölkələrdə gedən münaqişələrə «səmərəsiz və yubanan cavabları» zorakılığın artmasına gətirib.

Amnesty Təhlükəsizlik Şurasının iki daimi üzvü olan Rusiya və Çini Suriyaya qarşı hər hansı tədbiri əngəlləməkdə ittiham edib. Həmin ölkələr qlobal qaçqın böhranına zəif töhfə verdiyinə görə də ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG