Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24
-

Müasir Amerika ədəbiyyatının parlaq simalarından olan Paul Auster-in ən məşhur əsəri Azərbaycan dilində nəşr edildi.

“Nyu York Trilogiyası” - “Şüşə Şəhər”, “Qarabasmalar” və “Qıfıllı Otaq” romanlarından ibarətdir.

Detektiv romanla postmodern strukturun sintezindən ibarət olan və Kafka yaradıcılığına uyğun bir üslubla yazılmış bu üç romanda yazıçı öz oxucusunu qıfıllı otaqlarda, keçmişdə və gələcəkdə, təhlükəli küçələrdə gəzdirir, onlar əsərin xaotik və qarışıq xarakterli qəhrəmanının arxasınca gedirlər.

Əsərin qəhrəmanları həqiqi və ya xəyali qıfıllanmış otaqlara salınır, amma onlara oradan qurtulub azadlığa qovuşmaları üçün ipucu da verilir.

“Nyu York Trilogiyası” adi oxucu üçün sadəcə, qıfıllı bir otaq və ya güzgülərlə doldurulmuş dəhlizdir, peşəkar oxucu üçün isə bu trilogiya dünyanı tamamilə başqa prizmadan gözlərimizin qabağında nümayiş etdirərək ruhumuzdakı yaraları göstərən bir ümmandır.

"Qanun" nəşriyyatının buraxdığı kitabı Ziyad Quluzadə Azərbaycan dilinə çevirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG