Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

Abdullah Abdullah prezident seçkisinin nəticəsini tanımayacağını bildirir


Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah deyib ki, o, seçkinin nəticəsini rədd edəcək. çünki səslərin sayılmasında kütləvi pozuntular dayandırılmayıb.

Abdullah iyunun 18-də səslərin sayılmasının dayandırılmasını, Müstəqil Seçki Komissiyasının sədri Amarkhalinin işdən çıxarılmasını tələb edib.

Amarkhali isə iyunun 19-da bildirib ki, səs sayma davam edir. O deyib ki, onun fəaliyyətində bir dənə də olsun pozuntu aşkar olunsa, istefa verəcək.

İyunun 14-də Əfqanıstanda keçirilmiş president seçkilərinin nəticəsi iyulun 2-də elan olunacaq.

Abdullah bildirir ki, Müstəqil Seçki komissiyasını və Seçkilərdən Şikayət Komissiyasını legitim saymır.
XS
SM
MD
LG