Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:01

İlham Əliyev Qərbin «qara siyahısı»nda olan Rogozin-lə görüşüb


Dmitry Rogozin
Dmitry Rogozin
-
Prezident İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitry Rogozin-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə prezidentin saytı məlumat yayıb.

Görüşdə İlham Əliyev ölkələr arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Prezident hərbi-texniki sahədə konstruktiv əməkdaşlığın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Dmitry Rogozin də Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirib. O, iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib və Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi, bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Dmitry Rogozin Krımın ilhaqından sonra ABŞ və Avropa Birliyinin «qara siyahı»sına salınan Rusiya siyasətçilərindən biridir. O, Qərb əleyhinə bəyanatları ilə tanınır.

Onun Qərb banklarındakı hesabları dondurulub, səfərlərinə qadağa qoyulub.
XS
SM
MD
LG