Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Pakistanın məşhur qadın müğənnisini gülləyiblər


Pakistanın populyar müğənnisi Gul Nazı Pişəvər şəhərində güllələyiblər.

Muskan təxəllüslü 38 yaşlı Gul Naz paştu dilində mahnıları ilə məşhur idi.

Polisin bildirdiyinə görə, 4 naməlum şəxs onun evinə girərək ona 5 güllə atıb.
Pakistanın Xibər Paxtunkva vilayətində qadın müğənnilərə hücumlar adi haldır. Burda mahnı oxumaq islama zidd sayılır.

Keçən ilin iyununda 18 yaşlı aktrisa Bushranın üzünə yatdığı yerdə turşu atdılar və onun üzü yandı.

24 yaşlı müğənni Ghazala Javidi isə 2012-ci ildə Pişəvərdə güllə ilə vurub-öldürdülər.

Günün bütün mövzuları

XS
SM
MD
LG