Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:35
.

Beyləqan rayon icra hakimiyyətinin başçısı qurumun hüquq şöbəsinin müdirin Zakir Mehdiyevi işdən çıxarıb. Zakir Mehdiyev AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, təqribən 20 il həmin şöbənin müdiri kimi işə başlayıb. Bu müddət ərzində bir neçə başçı ilə işləyib.

2012-ci ildə Vaqif Abdullayev başçı təyin olunandan necə deyərlər, daş qayaya rast gəlib.

eməsinə görə, başçı hüquqi sənədlərə onunla razılaşmadan imza atır, vətəndaşlara verirmiş. Şöbə müdiri etiraz edəndə isə təzyiqlər göstərirmiş. O da dinc dayanmayıb başçının hərəkətlərindən müvafiq orqanlara şikayət yazıb yollayırmış. Nəticəsi də bu olub ki, iyunun 13-də işi ilə vidalaşıb.

"SƏNƏDLƏRİ ÖZÜ İMZALAYIB, TƏSDİQLƏYİB VƏTƏNDAŞLARA VERİRDİ"

Zakir Mehdiyev:

“İcra hakimiyyətində olan sərəncamların, əmrlərin qanunauyğunluğu mənim tərəfimdən araşdırılıb, təsdiq edilib icra başçısına təqdim olunmalıdır. 1 il 6 ay idi ki, başçı bu sənədləri mənimlə razılaşdırmadan, özü imzalayıb, təsdiqləyib vətəndaşlara verirdi. Nəticədə aramızda narazılıq yaranırdı.

Mən icra hakimiyyətində şuranın üzvü idim. Başçı ilə narazılıqlar yaranandan sonra şuranın iclaslarına dəvət olunmurdum. Prezident Administrasiyasının yoxlamalarının yekunu ilə bağlı bu il aprelin 7-də şuranın növbəti iclası keçirilirdi. Yenə dəvət olunmamışdım. Bu dəfə dözə bilmədim. Bakıya məktub yazıb xahiş etdim ki, nəyə görə iclaslara dəvət olunmadığım araşdırılsın”.

Zakir Mehdiyevin sözlərinə görə, bundan 1 gün sonra – aprelin 8-də bir məhkəmə işi ilə bağlı Şirvana gedib. Rayona dönəndə yolda yediyi qidalardan zəhərlənib. 2 gün işə vaxtında gedib-gələ bilməyib. Buna görə başçının ona yazdığı töhmətdən isə 1 ay 8 gün sonra xəbər tutub:

“Mayın 18-də işçilərə mükafat verirdilər. Mənim şöbəmdə işləyənlər də aldılar. Getdim ki, mən də öz mükafatımı götürüm, dedilər, sənə mükafat yazılmayıb. Səbəbini araşdıranda məlum oldu ki, başçı 1 ay 8 gün əvvəl mənə töhmət veribmiş, mənim də xəbərim yox. Əmək kitabçamı və bəzi başqa sənədlərimi tələb etdim ki, töhmətlə bağlı xüsusi komissiyaya müraciət edim. Başçının tapşırığı ilə sənədləri mənə vermədilər”.

PREZİDENTƏ YAZDI, İŞSİZ QALDI...

Zakir Mehdiyev başçı ilə aralarındakı gərgin münasibətdən növbəti dəfə Prezident Administrasiyasına yazıb:

“Məktubun birini prezidentə, o birini də Fuad Ələsgərova yolladım. İyunun 12-də başçının birinci müavini məni yanına çağırıb təklif etdi ki, ərizə yazıb məzuniyyətə gedim, məzuniyyətim başa çatandan sonra da məni başqa yerdə işlə təmin edəcəklər”.
Şöbə müdiri razılaşmayıb. Əvəzində növbəti gün onu icra hakimiyyətinin binasına buraxmayıblar:

“Səhər tabelə qol çəkmək istəyəndə dedilər ki, işdən azadsan, başçının əmri var”.
Zakir Mehdiyevin sözlərinə görə, işdən çıxarılmasına etiraz olaraq həmin gündən aclıq aksiyasına başlayıb. 2 gün sonra həkimlər ona səhhəti ilə əlaqədar aclığı dayandırmağı məsləhət görüblər və dayandırıb.

"GETSİN MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN"

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin “Qaynar xətt”ə cavabı necə deyərlər, qısa, konkret oldu:

“Siz onun yerinə danışmayın. Nə sözü, narazılığı varsa, bunun üçün məhkəmə var, getsin məhkəməyə müraciət etsin. Mən Türkiyədəm. Bu qədər... Sağ olun...”
Zakir Mehdiyev deyir, hüquqlarını bərpa etmək üçün onsuz da yolu məhkəmə qapılarına doğrudur. Ancaq bunun üçün əvvəlcə ona işdən çxıarılması barədə əmrin surəti verilməlidir. Bu sənədi isə ona vermirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG