Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:18

«Azərbaycan – doğma diyar»--Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək


Foto: Arxiv

Foto: Arxiv

-
İyunun 23-dən 25-dək Bakıda Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək.

Festival çərçivəsində 1000 nüsxə tirajla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) «Azərbaycanda yaşayan milli azlıqların mahnıları» (CD) diskinin buraxılması, R.Behbudov adına Mahnı Teatrında iyunun 23-də və 24-də saat 11:00-dən 18:00-dək bədii kollektivlərin çıxışları nəzərdə tutulur.

İyunun 25-də saat 16:00-da Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən «Bir ailədə» adlı fotosərginin və həmin məkanda 16:30-da «Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr» mövzusunda dəyirmi masanın təşkili də planlaşdırılır.

İyunun 25-də saat 18:00-də Dövlət Musiqili Teatrında festivalın qala konserti olacaq.

«Azərbaycan-doğma diyar» festivalına informasiya dəstəyini İctimai Televiziya verəcək.

Mədəniyyət və Turizm Nazirliyi 2006-cı ildən Bakıda «Azərbaycan-doğma diyar» devizi altında azsaylı xalqların incəsənət festivallarını keçirir.

Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib. Onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib.

Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları «Musiqi dünyası» jurnalında çap olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG