Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:26

Parlament Poroshenkonun namizədlərini təsdiq etdi


Ukrayna parlamenti prezident Poroshenkonun yeni təyinatlarını dəstəkləyib.

46 yaşlı Pavlo Klimkin xarici işlər naziri, Valeriya Hontareva Mərkəzi Bankın sədri, Vitaliy Yarema baş prokuror olub.

Klimkin Avropa Birliyi ilə assosiasiya sazişin hazırlnmasında böyük rol oynayıb. O, ATƏT-in vasitəçiliyi ilə Rusiya ilə danışıqlarda Poroshenkonun nümayəndəsi idi.

Hontareva 20 ildir ki, investisiya bankçılığı ilə məşğuldur.

Poroshenko Yarema haqda deyib ki, ölkədə korrupsiya ilə mübariəzdə baş prokurorun rolu əsasdır.

Poroshenko müdafiə naziri, SBU- Dövlət təhlükəsizlik xidmətinin rəhbəri vəzifələrinə namizədlərini hələ irəli sürməyib.

Poroshenko iyunun 19-da şərq regionuna səfər edəcək və öz sülh planını yerli rəsmilərlə müzakirə edəcək. Ancaq o, şərqdəki separatçıların liderləri ilə görüşməyəcək.
XS
SM
MD
LG