Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55
Ermənistan prezidenti Serj Sarkisianın Tbilisiyə 2 günlük səfəri başa çatıb.

Səfərinin birinci günü Gürcüstan prezidenti Margvelashvili ilə görüşən Sarkisian Gürcüstan-Ermənistan iqtisadi əlaqələrini müzakirə edib.

Əsas problem Ermənistanın Rusiyanın Avrasiya İqtisadi Birliyinə qoşulmasından və gələn həftə Gürcüstanın Avropa Birliyi ilə azad ticarət sazişi imzalamasından sonra Ermənistanla Gürcüstanın ticarət əlaqələrinin necə qurulacağıdır.

Prezidentlər danışıqlardan sonra deyiblər ki, iki ölkənin “müxtəlif yollarını” Gürcüstan və Ermənistan biznesi üçün “yeni imkana çevirmək” haqda fikir mübadiləsi olub.

Sarkisian deyib ki. Gürcüstanla münasibətlərin “daima güclənməsi” Ermənistanın xarici siyasətində prioritetlərdən biridir.

Margvelashvili bildirib ki, ikitərəfli əlaqələrə və regional məsələlərə münasibətdə Tbilisi ilə Yerevanın bir çox fikirləri eynidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG