Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:45
-
Rus səyyah Roman Ustinovun Naxçıvan haqqında təəssüratları...

Şərq qapısı 18.06.2014

... Bəxtiyar Naxçıvandayam. Deyilənə görə, buraya nə vaxtsa Nuh Peyğəmbər öz gəmisi ilə düşübdür. Mən də buraya düşdüm. Pasportumdakı erməni ştamplarına heç nə deməyən Azərbaycan sərhədçiləri məni buraxdılar. Görünür, mənim tatar görünüşüm və bəzi türk-Azərbaycan sözlərini bilməyim onların narahat olmasına əsas verməmişdi. Bura çox təmiz, ərkanlı, gözəl, qonaqpərvər bir yerdir.

Ustinova Naxçıvan haqqında verilən suallar:

1. Naxçıvanda hansı yük maşınları və avtobuslar vardır?

2. Azərbaycan Ermənistan və Gürcüstandan daha firavan görünürmü?

3. Polislər narahat etmirlər ki? Bəzi səyyahlar yerli polisləri xoş sözlərlə xatırlamırlar.

Ustinovun cavabı:

1) «Liaz»lar, «kamaz»lar, demək olar ki, hərəkətdədir, əksəriyyəti saz vəziyyətdədir, hətta «zaporojest»lər də.

2) Bəli, daha firavan görünür. Mən indi İrəvandayam, deməli, müqayisə etməyə nə isə vardır. İrəvanda hər şey başınadır, yarımçıqdır, küçələr zibillidir. Bir yığın sovetdənqalma yarımçıq tikililər mövcuddur. Naxçıvan şəhərində (Azərbaycanın qalan ərazisində necə olduğunu bilmirəm.

Çünki oralarda olmamışam. Lakin belə düşünürəm ki, heç nə buradakından pis deyil), rayonlarda çoxlu güllüklər, fontanlar mövcuddur. Bunlara da onlarla, yüzlərlə işçilər – süpürgəçilər, xadimələr, bağbanlar və başqaları qulluq edirlər. On il bundan əvvəl adamlara şəhər yerində mal-heyvan saxlamaq qadağan edilib ki, bu da şəhərin çirklənməsinin qarşısını alıb, kolların və çiçəklərin qorunub saxlanılmasına imkan verib.

3) Polislər narahat etmədi, heç bir dəfə də olsun.

NAXÇIVAN BALKONLARI

Naxçıvan şəhərində – Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtında – maraqlı balkon arxitekturasını müşahidə etmək mümkündür. Heç də balkonların hamısının eni eyni olmur. Ədalət naminə qeyd edim ki, dövlət proqramı əsasında yenidən qurulmuş sovetdənqalma binalar pis alınmayıb: budur, gözəl bir ev balkonlu bir evlə yanaşıdır. Ümumiyyətlə, Naxçıvana ən azından bu balkonlara baxıb ləzzət almaq üçün gəlmək lazımdır.
XS
SM
MD
LG