Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:59

Təhsil şöbələrinin müdirləri, direktor və müəllimlər cəzalandırlıb


Təhsil naziri Mikayıl Cabbarov

Təhsil naziri Mikayıl Cabbarov


Təhsil naziri Mikayıl Cabbarov Göygöl və Samux rayon təhsil şöbələrinin müdirlərinə töhmət verib. Bu barədə iyunun 19-da nazirlik məlumat yayıb. Töhmət alanlar arasında Samux rayon təhsil şöbəsinin baş mühasibi də var. Onların «dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmə»diyinə görə cəzalandırıldığı bildirilir.

Bundan başqa Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, Göygöl rayonu Əlimədədli kənd orta məktəbin direktoru isə öz xahişi ilə vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru və müəllimlərindən birinə töhmət verilib.

Bundan başqa nazirlik bildirir ki, Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlarına görə, direktor və onun iki müavininə rayon təhsil şöbəsi sonuncu və şiddətli töhmət verib.
XS
SM
MD
LG