Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:31

Gəncədən Antalyaya aviareys açılır


Arxiv foto
Arxiv foto
-
İlk uçuş iyun ayının 27-də baş tutacaq.

Bu barədə AZAL-ın Gəncə nümayəndəliyinin rəhbəri Çingiz Fətəliyev məlumat verib. Bildirib ki, AZAL QSC Gəncə-Antalya-Gəncə istiqamətində Çartel reysi üzrə aviauçuşların yerinə yetirilməsinə başlayır.

Onun sözlərinə görə, uçuşlar müasir və komfortlu 106 yerlik «Embraer 190» tipli hava gəmiləri ilə həftədə iki dəfə, birinci və beşinci günlər həyata keçiriləcək. Gəncədən uçuş vaxtı 12:20, Antalyaya eniş vaxtı isə 13:05-də olacaq.

Antalyadan uçuş vaxtı isə 14:05, Gəncəyə eniş vaxtı 18:30 olacaq. Çingiz Fətəliyevin dediyinə görə, yeni açılacaq reysdən, əsasən turizm şirkətləri tərəfindən xüsusi turlarla Antalyaya istirahətə gedən vətəndaşlar yararlanacaq.

Tursuz uçuşların qiyməti isə bir tərəfə 283 manat, iki tərəfə isə 538 manatdır.
XS
SM
MD
LG