Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:50

Avstraliyanın xarici işlər naziri Julie Bishop deyir ki, İraqda və Suriyada radikal sünni yaraqlılarla döyüşən avstraliyalıların sayı artır. Bishop iyunun 19-da yerli mediaya deyib ki, kəşfiyyat məlumatları onların sayının 150-ə çatdığını göstərir.

Bishop-un sözlərinə görə, Suriya və İraqa getməkdə şübhəli bilinən bir çox avstraliyalının pasportları ləğv olunub.

Avstraliyaya İraq və ya Birləşmiş Ştatlardan hərbi yardım xahişi edilməyib, ancaq o, İraqa hər hansı əsgər göndəriləcəyini istisna edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG