Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Abdullah səslərin hesablanmasını dayandırmağa çağırıb


Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah

Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah


Əfqanıstanda prezidentliyə namizəd Abdullah Abdullah tələb edib ki, kütləvi saxtakarlıq iddialarına görə səslərin sayılması dayandırılsın. O, BMT-ni prosesə nəzarət etməyə çağırıb.

Abdullah-ın sözlərinə görə, o, Müstəqil Seçki Komissiyası və ya Seçki Şikayətləri Komissiyasına daha etibar etmir. Özünün seçki müşahidəçilərini monitorinq postunu tərk etməyə və səslərin sayılması prosesini daha izləməməyə çağırıb.

Abdullah deyir ki, ilkin rəqəmlər və müşahidəçilərinin topladığı digər sübutlar kütləvi saxtakarlığın baş verdiyini göstərir. Onun sözlərinə görə, səslərin sayılması davam etsə, seçkinin «qanuniliyi» qalmayacaq.

Müstəqil Seçki Komissiyasının sözçüsü Noor Mohammad Noor deyib ki, səslərin sayılması davam edir, milli və beynəlxalq müşahidəçilər işini davam etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG