Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Obama İraqdakı durumla bağlı senatorlarla görüşüb


ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama


İyunun 18-də ABŞ prezidenti Barack Obama Ağ Evdə Senat üzvləri ilə görüşüb, ABŞ-ın İraqdakı sünni üsyanına qarşı mümkün hərbi hərəkəti müzakirə edib.

Senat azlığının lideri Mitch McConnell deyib ki, Obama «ata biləcəyi addımlar üçün bizdən hər hansı icazəyə ehtiyac görmədiyini deyib».

Vaşinqton İraqın hərbi yardım çağırışına cavab olaraq hava hücumlarını götür-qoy edir.

Nümayəndələr Palatasında azlığın lideri Nancy Pelosi görüşdən sonra deyib ki, Obamanın İraqa təhlükəsizlik yardımını həyata keçirmək üçün «qanunverici orqanın icazəsinə» ehtiyacı yoxdur.

Ancaq «The New York Times» Ağ Ev rəsmilərinə istinadla yazır ki, Obama Konqresə səsvermə üçün müraciəti istisna etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG