Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:03

Azərbaycan beynəlxalq axtarış sistemi olan «Google»nin «Google maps» xəritəsində ölkəyə qarşı daha bir təxribata yol verildiyini bildirir. Belə ki, iyunun 18-dən xəritədə Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan ərazilərinin adı erməni dilində «Dağlıq Qarabağ Respublikası» kimi göstərilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bildirir ki, mərkəz öz rəsmi saytında əksər ölkələrin seysmoloji təşkilatları kimi Google Maps-ın xəritəsindən istifadə edir.

«Beynəlxalq axtarış sistemi tərəfindən Azərbaycan Respublikasına və onun ərazilərinə qarşı bu cür təxribatların edilməsi bizi ciddi narahat edir və xəritədə ölkəmizə qarşı bu cür təxribat xarakterli dəyişikliklər edilməsi RSXM tərəfindən qəti şəkildə pislənir».

Mərkəz qeyd edir ki, bu «Google» tərəfindən edilən birinci təxribat deyil. Bundan əvvəl də belə hallar baş verib və mərkəzin təkidli müraciətlərdən sonra xəritədən Azərbaycan ərazilərinin erməni dilində göstərilməsi çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG