Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:52
-
Azərbaycan prezidenti İlham Əliyev «Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2014-cü il 30 may tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. Beləliklə, Cinayət Məcəlləsini sərtləşdirilib.

Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ilə, hökmlərin məcmusu üzrə isə 25 ilə qaldırılıb.

Bundan başqa Cinayət Məcəlləsində nəzərdə tutulmuş ağır və xüsusilə ağır - hakimiyyəti zorla ələ keçirməyə, silahlı qiyama cəhd, dövlətə xəyanət, adam öldürmə, zorlama və s. cinayətlərin cəzasının yuxarı həddləri artırılır.

Belə ki, Məcəllənin 149.3-cü maddəsində dəyişikliyə əsasən, zorlama zərərçəkmiş şəxsin ölümünə, insan immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 ilə qaldırılır.

Tənqidçilər cəzaların sərtləşdirilməsini hakimiyyətin ölkədə hər hansı aktivliyini qarşısını almaq cəhdi kimi dəyərləndirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG