Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13
-

Nəzrin Müseyibova


***


Bəli , məhz o qadınam
Şeirlərinizdə bəhs etdiyiniz...
Sizi tərk edən, yoxluğundan danışdığınız
Həmin o pəncərə önündə sizi gözləyən qadınam.
Bəli, mənəm yoxsunuz deyə saçlarına qıyan o qadın.
Yazdığınız birinci, beşinci, iyirmi beşinci şeirinizdəki də mənəm,
Yuxularınızda sizə sarılan qadın da
Sizinlə birgə dərdləri dünyaya gətirən də
Sevən də, sevməyən də
Sizdən dünyaya qadın gətirən də mənəm.
Bəli Şair, şeirlərinizdə bəhs etdiyiniz həmin o qadınam.
Beş – altı misraya sığdırdığınız ...


Qara kəpənəklər

İllərin tör-töküntüsü
Valideynlərdən yadigar
Yorğunluğu atamdan
şükürsüzlüyü anamdan götürdüm
irsi ağrılarım, yaralarım var indi
bəyənən olmadı günlər ötürdüm...

21-ci baharda var olduğumu anladım
27-ci son baharda varım olduğunu
40-cı qışımdayam tək və yaşlanmışam
anamdan atamdan bir otaqlı, boz divarlı ev qalıb
Qara kəpənəklər uçuşur çilçırağımın ətrafında
Həmin kəpənəklər uçuşurdu mədəmdə
Səni hər gördüyümdə
Yaşlanmışam ... Yaşlanmısan
kəpənəklər yox olub
İndi birotaqlı bürkümə qonaqsan
Bir də sənin kəpənəklərin var indi
Bir də mənim səni gözləməklə keçən 13 ilim
İzn ver 13 il də özümü gözləyim...

Günün bütün mövzuları

XS
SM
MD
LG