Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:32

Timothy-nin Braziliya bloqu-5: Cəngəllik qanunları


Dünyanın başqa yarımkürsəsindən hamıya salamlar. Braziliya gündəliyimin davamına xoş gəlmisən. İngiltərə-İtaliya oyununu beləcə entuziazmla başlayıb ...

təəsüflə başa vurduq...

Növbəti İngiltərə matçının inzitzarından yayınmağın ən yaxşı yolu cəngəllik ekskursiyasıdır. Motorlu qayığımız Amazon ənginliklərinə doğru irəlilədikcə, mənim ağlıma nə gəlir? Futbol... Tez-tez səslənən belə bir fikir var ki, ən yaxşı "2-ci mərtəbə" futbolu İngiltərədədir. Səbəbi də təbiətdir. Daimi yağışlar ölkəsində yerlə pas vermək mənasız işdir - komanda yoldaşını tapana qədər top 20 dəfə yaşıl meydançadkı gölməcələrdə ilişəcək. Bizdə futbol oynamağın az qala yeganə yolu topu qaldırmaqdır


Təbiətin futbola təsiri nəzəriyyəsi doğrudursa, Braziliya sambasının səbəbini tapmışam! Bu lianlar və agaclar arasından sivişib kecmək A-lya Neymar kimi dribqlinq öyərnməyin ən yaxşı məşqidir.


NAHAR FASİLƏSİ! Bələdçimiz, ağac budaqları arasından bizim "lanç"ı çıxarır. Məni əmin edir ki, dadlıdır. Bilirəm, sizdən kiminsə ödü ağzına gələcək, amma bu dünyada hər şey nisbidir. Mənim kimi "ürəkli" adamlar olmasaydı, bü gün bəşəriyyətin rasionunda "Dinozavr kababından" və çır armuddan başqa heç nə tapmazdınız...

Naharı mənimlə bölüşməyə ürək eləməyən yol yoldaşlarım, yalan olmasın 2 saata yaxın Amazonda piraya balığı tutmağa calışdılar. Deyim ki, çox fərsiz balıqçılar imiş! Suya kəllə vuranda ümid edirəm ki, pirayalar da yoldaşlarım kimi fərsiz "adamçılardı" )))


Futbol fikri adamı bir an da tərk etmir. Görünür bu coğrafi koordinatların alnına yazılıb futbol. Cəngəllik içində, minlərlə adamı qorxudan iflic edən TARANTUL hörümçəyini görəndə fikirləşirəm. Maraqlıdır, niyə bəzi futbolçulara baxanda, elə gəlir ki, onların 4 ayağı var?


Mənim 4ayaqlı futbolçular siyahım: Maradona, Zedan, Ronaldo...

Siyahını sən uzat
XS
SM
MD
LG