Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 05:49

Qazaxıstanda arağın axşam satışı qadağan olunur


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin imzaladığı yeni qanun tərkibində spirt 30 faizdən çox olan içkilərin axşam saat 9-dan səhər saat 12-yə kimi satışını qadağan edir.
Belə içkilər həmin vaxtda yalnız restoranlarda və barlarda satıla bilər.

Qanun spirtli içkilərin benzindoldurma məntəqlərində, təhsil və idman müəssisələrində satışını qadağan edir.

Bu ayın əvvəlində Qazaxıstanın baş nazirinin müavini Sultanov demişdi ki, Orta Asiya regionunda ən çox spirtli içki içilən ölkə Qazaxıstandır. Qazaxıstanda bir ildə adambaşına 11 litr araq içilir.
XS
SM
MD
LG