Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

İraqın hökumət qoşunları yaraqlı islamçılara qarşı əks-hücuma keçib


İraqın baş naziri Nuri əl-Maliki deyib ki, hökumət qoşunları islamçı yaraqlılarla döyüşlərdə təşəbbüsü ələ alır və mövqeləri qaytarırlar.

Maliki televiziya ilə çıxışında bildirib ki, islamçıların İraqın şimalında irəliləməsi şoku ölkəni birləşdirdi.

İraq və Suriya İslam dövləti təşkilatının yaraqlıları İraqın 2 böyük şəhəri – Mosul və Tikrit də daxil, İraqın böyük bir hissəsini tutub. İyunun 18-də isə hökumət qoşunları Suriya ilə sərhəddə olan Tal şəhərinin bir hissəsini geri alıb.

İyunun 18-də Səudiyyə Ərəbistanı bildirib ki, İraqda baş verənlər vətəndaş müharibəsinin əlamətləridir.

Türkiyə medaisı isə xəbər verir ki, Türkiyənin 60 tikinti işçisi Mosul yaxınlığında oğurlanıb.
XS
SM
MD
LG