Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:16
-
aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun və portalın əməkdaşı İntiqam Əliyevin həbsi istənilir.

Müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Media Hüququ İnstitutundan verilən məlumata görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərdən biri Fariz Namazlı məhkəmədən diffamasiyaya əsasən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini istəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG