Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Elmira Süleymanova: «Elə bir ölkə yoxdur ki, onun məhbusu olmasın».


Elmira Süleymanova

Elmira Süleymanova

-
«Azərbaycanda insan haqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur. Bunu heç kim dana bilməz. Ancaq belə halların olmayacağı ölkə də yoxdur».

Bunu Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman gənc fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı AzadlıqRadiosunun sualını cavablandırarkən deyib ki, bu kimi hallar bütün ölkələrdə baş verir:

«Heç kim deyə bilməz ki, insan haqları pozulmur. Heç kim bunu inkar etmir. Elə bir ölkə yoxdur ki, onun məhbusu olmasın. Sadalanan hallar bütün ölkələrdə var. Odur ki, bu kimi hallar hər yerdə mövcuddur. Bu gün bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir».

Elmira Süleymanova bildirib ki, Ombudsman Aparatının fəaliyyəti müddətində dövlət qurumlarına 961 təklif göndərilib və onlardan da 60%-i reallaşıb:

«Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Bir məsələni qeyd edim ki, ombudsmanların 12-ci konfransının işində iştirak edən nümayəndələrin bir çoxu iyunun 17-də Azərbaycanın cəzaçəkmə müəssisələrində olub. Onlar orada məhbuslarla təkbətək görüşüb və onların saxlanma şəraiti ilə tanış olublar. Onlar özləri də təəccüblənirlər ki, nə yaxşı təkbətək görüşə icazə var. Bu, bir daha Azərbaycanda insan hüquqlarının qorunmasına göstərilən diqqətin nəticəsidir. Bu, zamanın tələbidir və Azərbaycan buna yüksək səviyyədə cavab verməyi bacarıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG