Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:52
-
Bakıda məşhur rəssam Bernard Buffet-nin fərdi sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində məşhur fransız rəssam Bernard Buffet-nin (1928-1999) fərdi sərgisi açılacaq.

Muzeyin yaydığı xəbərə görə, sərgidə rəssamın müxtəlif janrlı əsərləri nümayiş etdiriləcək. Bernard Buffet 1928-ci il iyunun 10-da Parisdə doğulub.

O, Parisdə Zərif Sənətlər Məktəbində təhsil alıb.

Rəssam Bernard Buffet

Rəssam Bernard Buffet

11 Dünya Müharibəsindən sonra rəssam dövrün xüsusiyyətlərini əks etdirən melanxolik, monoxrom portretləri ilə məşhurlaşıb.

Bernard Buffet modernizmi salon sənəti ilə birləşdirən orijinal üslubun yaradıcısıdır.

Bernard Buffet ömrünün sonuna qədər hər il sərgi keçirib.

1973-cü ildə Yaponiyanın Suruqadaira şəhərində onun şəxsi muzeyi açılıb.

Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 71 yaşında özünü öldürüb. Mərkəz sərginin açılış tarixini dəqiq açıqlamasa da, onun tezliklə baş tutacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG