Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22
-
İyunun 18-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı, bloqqer Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinə çağırılıb.

Mehman Hüseynov AzadlıqRadiosuna bildirib ki, bu haqda bildiriş ona Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi kapitan Babək Rüstəmov adından təqdim edilib. Çağırışın səbəbləri açıqlanmır.

«Mən bilmirəm ki, məni istintaqa niyə çağırırlar, şahid qismində, yoxsa, təqsirləndirilən qismində».

M. Hüseynov polisə vəkillə gedəcəyini bildirib.

2012-ci ildə Mehman Hüseynov polis əməkdaşına qarşı xuliqanlıq ittihamı ilə şübhəli bilinmişdi. İki gün saxlanandan sonra buraxılmışdı. Ancaq həmin iş bağlanmayıb. Buna görə bloqqer xarici səfərlərə gedə bilmir.

Keçən ilki prezident seçkiləri ərəfəsində isə M. Hüseynov prezidentliyə namizədlər haqqında videoçarx yayılması ilə bağlı prokurorluğa çağırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG