Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

«Hətta istəsəniz, çıxıb şəhərdə də sərbəst gəzə bilərsiniz»


Ziyafət Əsgərov
Ziyafət Əsgərov
-
«Ermənistan nümayəndə heyətindən biri Twitter hesabında yazıb ki, guya Azərbaycan parlamentində Qarabağın müstəqilliyinə tost qaldırıblar. Axı belə bir hal baş verməyib».

Bunu NATO-nun iyunun 18-də Bakıda keçirilən seminarında Azərbaycan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib. Vitse-spiker onu da əlavə edib ki, Ermənistan nümayəndə heyəti məlumatlar yayırlar ki, guya onlar burada sıxışdırılır, çıxışlarına imkan verilmir, az qala həbsxanadakı kimi saxlanırlar:

«Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib öz sözlərini deyirlər. Çıxıb şəhərdə də sərbəst gəzə bilərsiniz».

«AZƏRBAYCAN İSRAİLDƏN SİLAH ALIR, İRAN BUNU ÖZÜNƏ TƏHLÜKƏ SAYIR»

«Cənubi Qafqaz: Çağırışlar və imkanlar» adlı 86-cı «Rose-Roth» seminarında «İran və Regional Təhlükəsizlik» mövzusunda müzakirələr davam edib. Konfliktoloq Elxan Mehdiyev deyib ki, İranla Azərbaycan arasında gərgin münasibətlər var və bunun da əsas səbəbi Azərbaycanın İsraillə münasibətləridir:

«Azərbaycan İsraildən silah alır, İran isə bunu özünə təhlükə sayır. Azərbaycanda da İranpərəst qüvvələr var ki, onların ölkədaxili təxribatçı hərəkətləri də məhz o ölkədən qaynaqlanır».

Elxan Mehdiyev bildirib ki, buna baxmayaraq, iki ölkənin əhalisi arasında yumşaq münasibətlər var:

«Azərbaycanlılar İrana müalicəyə gedir. Xırda ticarət əlaqələri var».

Konfliktoloqun fikrincə, qədim dövlət olmasına baxmayaraq, İranın Cənubi Qafqazdakı proseslərə ciddi müdaxilə etmək imkanları, təsiri yoxdur:

«İran regionda Rusiyanın mövqeyini, apardığı siyasəti qəbul edir».

Ermənistan nümayəndə heyətinin üzvü Tevan Pokosyan isə ölkəsi ilə İran arasında yüksək səviyyədə münasibətlərin və əlaqələrin olduğunu vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG