Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57
-
İyunun 25-də Ali Məhkəmədə Hilal Məmmədovun şikayətinə baxılacaq

«Tolışi sədo» qəzetinin redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Hilal Məmmədovun hüquqlarını Müdafiə Komitəsi iyunun 25-də Ali Məhkəmədə H. Məmmədovun şikayətinə baxılması ilə ictimaiyyətə və Ali Məhkəməyə müraciət edib.

Komitə üzvləri Ali Məhkəmənin sədri Ramiz Rzayevə və H. Məmmədovun işinə baxacaq hakimlərə müraciətdə işə ədalətli və obyektiv baxılmasını xahiş edirlər.

Komitə həmçinin ictimaiyyətə müraciət edərək redaktorun günahsızlığını bildirir. H. Məmmədovu dəstəkləməyə çağırır.

Müdafiə Komitə H. Məmmədovun səhhətindən də narahatdır. Bildirilir ki, o, bronxial astmadan əziyyət çəkir və 17 saylı koloniyada vərəm yayıldığı üçün vərəmə tutulmaq riskinə məruzdur.

«Talışi sədo» qəzetinin redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda narkotik maddə saxlamaq ittihamı ilə həbsə alınıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarılıb.

Beynəlxalq «Amnesty İnternational» hüquq müdafiə təşkilatı H. Məmmədovu «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG