Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Rusiya deyir ki, Suriya lideri Bashar al-Assad rejimi humanitar yardım üçün dörd sərhəd keçidini açmağa razıdır. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin bunu iyunun 17-də BMT-də söyləyib.

O, detalları açıqlamayıb, ancaq planla tanış olan diplomatlar deyib ki, plana humanitar yardımın yoxlanması üçün beynəlxalq nəzarətçilərdən istifadə daxildir. Yardım Suriyaya İraq, İordaniya və Türkiyə ərazisindən daxil olacaq.

Qərb diplomatlarının fikrincə, Rusiyanın təklifini öyrənmək və BMT ilə məsləhətləşmək üçün onlara vaxt lazımdır.

İyunun 17-də BMT-nin baş katibi Ban Ki-moon deyib ki, Təhlükəsizlik Şurasını Suriyada 3.5 milyon köməksiz adama humanitar yardımın əngəlsiz çatdırılmasını asanlaşdırmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG