Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:25

Lukashenka ilə telefon zarafatı edən AzadlıqRadiosuna danışıb


Alyaksandr Lukashenka

Alyaksandr Lukashenka

-
Belarus prezidenti Alyaksandr Lukashenka-nu aldatdığı bildirilən şəxs telefon söhbətinin səsyazısını İnternetdə yaymadığı deyir. Onun Lukashenka-nu Ukraynanın devrilmiş prezidenti Viktor Yanukovych-in oğlu ilə danışdığına inandırdığı iddia olunur.

Moskvada yerləşən, Vovan222 adlı şəxs iyunun 17-də AzadlıqRadiosuna deyib ki, Lukashenka növbəti dinləmələri önləmək üçün təhlükəsizlik aparatını gücləndirməlidir.

İyunun 16-da İnternetdə yayılan səsyazısında Lukashenka özünü Yanukovych-in oğlu kimi təqdim edən şəxsə söz verir ki, ona niyyətini açıqlayandan 24 saat sonra Belarusda sığınacaq verilə bilər.

Belarus rəsmiləri hələlik həmin səsyazısına münasibət bildirməyiblər.

Əsl adını açıqlamayan Vovan222 27 yaşlı hüquqşünas və jurnalistdir. Əvvəllər də onun Rusiya və Ukrayna tanınmışları ilə telefon zarafatları İnternetdə yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG