Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

Belçika qalib gəldi, Braziliya və Rusiya xal itirdi


Braziliya-Meksika
Braziliya-Meksika
-
Dünya Futbol Çempionatında daha 3 oyun keçirilib.

A qrupunda Braziliya və Meksika yığmaları qarşılaşıblar. Türkiyəli baş hakim Cüneyt Çakır-ın idarə etdiyi oyunda hesab açılmayıb. Hər iki komandanın aktivində 4 xal var. İlk oyunda Braziliya millisi Xorvatiyaya 3:1, Meksika yığması isə Kamerun kollektivinə 1:0 hesabı ilə qalib gəlmişdi.

H qrupunun ilk oyununda isə Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika millisi 25-ci dəqiqədə hesabda 0:1 geri düşsə də, yekunda 2:1 hesablı qələbə qazanıb.

Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri hərəyə bir dəfə fərqlənib - 1:1. Oyunun 68-ci dəqiqəsində Keun-Ho Lee-nin vurduğu qol koreyalıları irəli çıxarıb. Çox keçməyib ki, 74-cü dəqiqədə Aleksandr Kerzhakov hesaba tarazlıq gətirib.

H qrupu

21:00. Belçika - Əlcəzair - 2:1
Qollar: Feghouli, 25-pen (0:1), Fellaini, 70 (1:1), Mertens, 80 (2:1)

03:00. Rusiya - Cənubi Koreya - 1:1
Qolllar: Lee, 68 (0:1), Kerzhakov, 74 (1:1)
XS
SM
MD
LG