Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:30

Poroshenko və Putin Ukrayna böhranına dair danışıqlar aparıb


Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin

Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin

-
Ukrayna prezidenti Petro Poroshenko rusiyalı həmkarı Vladimir Putin-lə Ukraynanın şərqində mümkün atəşkəs barədə danışıb. Burada Ukrayna qüvvələri rusiyayönlü separatçılarla toqquşur.

Kremlin məlumatına görə, Poroshenko və Putin iyunun 17-də Rusiya dövlət televiziyasının iki jurnalistinin ölümünü də müzakirə ediblər.

Rus mediası yazır ki, səs mühəndisi Anton Voloshin və müxbir Igor Kornelyuk Luqansk şəhəri yaxınlığında atışmanı işıqlandırarkən atəşə tutulub.

Rusiya xarici işlər nazirliyi bu hadisəni Ukraynanın rusiyayönlü üsyançılara qarşı hərbi əməliyyatının «cinayətkar təbiəti»ni göstərdiyini deyib və Kiyevi araşdırma aparmağa çağırıb.

Ukraynanın şərqində işləyən ATƏT missiyası araşdırma aparmağa çağırıb.

Ötən ay italyan fotoqraf və onun rus tərcüməçisi Ukraynada həlak olub.
XS
SM
MD
LG