Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44
-

Günay Ümid


Pessimist şeir

Bir kibrit yandırdım,
günahkar gecələrin
ürək sıxan qaranlığına.
Barmaqlarımın arasından,
isıq düşdü tənhalığın gözünə.

Masanın üstündə
çoxdan süzülmüş
qum saatı.
İyirmi beşinci səhifəsi
qatlanmış kitab,
Külqabıda boynunu bükən
siqaret kötükləri,
Yarıyuxulu pərdənin qoynuna girib
mürgüləyən külək...

Hər şey təkliyin adına layıq.
Deməli, intiharın əli qulağındadır...


Bir cümlə

Durduq yol ayrıcında,
Aylar ili qoparır.
Kaş gəlib söyləyəsən,
Yol keçmişə aparır.

Rahat gələsən deyə,
Gözlərim hey yol çəkir.
Keçən gün cizgilərə,
İmza atır, qol çəkir.

Çoxaldıqca yaşımız,
Keçəni unudarıq.
Asıb ağ telimizdən,
Yaşları qurudarıq.

Daş səbrimi hörmüşəm,
Ömrün ağ, qarasında.
Bizimçün ev tikmişəm,
Qaşla göz arasında.

Yenə də mən olaram,
Sirrin də, sirdaşın da.
Bir cümləyə dönərik,
İkicə baş daşında.


Allahın ürəyi yer kürəsidir


Əyilib, çiynində günah daşıyır
İnsan tövbələrin tən ortasından.
Girib, ürəklərdə şeytan yasayır,
Sancaği açılmış dar yaxasından.

Bu açılan sabah ömür töhvəsi.
Qara baş daşları qəmin içində -
Alın yazısının hesab lövhəsi,
Çıxan, toplananı, çəmin içində.

Hər kəsin içində olum yasayır.
Bu qorxu qorxunun basına gəlmir.
Vərəq sinəsində fikr daşıyır
Bu şerin rəngi də xoşuma gəlmir.

Filin cəsurluğu quyruğu boyda,
İti tula edən bit-birəsidir.
Hər kəsin ürəyi yumruğu boyda,
Allahın ürəyi yer kürəsidir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG