Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14

İraqın baş naziri Nuri al-Maliki milli birliyə çağıran birgə müraciət yayıb. Bu arada sünni yaraqlılar ölkədə böyük əraziləri tutublar.

İyunun 17-də İraqın şiə, sünni və kürd liderləri Bağdadda qapalı görüş keçiriblər. İraq televiziyasında Maliki-nin şiə sələfi Ibrahim al-Jafaari bəyanatı səsləndirib. Bəyanatda «terrorçu dövlətlər» pislənir, İraqın suverenliyinə dəstək bildirilir.

ABŞ Prezidenti Barack Obama İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının qarşısını almaq üçün hərbi variantları götür-qoy edir.

Əvəzində Vaşinqton Malikini sünni azlığının problemlərini həll etməyə çağırır.

Maliki hökuməti Səudiyyə Ərəbistanını İŞİD-i dəstəkləməkdə ittiham edib. Ər-Riyad bunu təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG