Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:07
Rusiyanın Dövlət Televiziyasının jurnalisti Ukraynanın Luhansk regionunda aldığı yaralardan həlak olub. 37 yaşlı İgor Kornelyuk Rusiya Dövlət televiziya və Radio Verilişləri Şirkətində - VGTRK-də işləyirdi.

Luhansk şəhər xəstəxanasının həkimi Fedir Solyanuk deyib ki, Kornelyuku xəstəxanaya çatdırıblar, ancaq ona kömək etmək mümkün olmayıb.

VGTRK bildirir ki, Kornelyuk və onun iki həmkarı rusiyapərəst separatçıların keçid məntəqəsində olanda bu məntəqə atəşə tutulub.

Kornelyukla birlikdə olan səs texniki itkin düşüb. Operator isə sağdır.

Rusiyanın daxili işlər nazirliyi bəyanat verərək Ukrayna hakimiyyətindən tələb edir ki, rusiyalı jurnalistin ölümünü obyektiv istintaq etsin və günahkarları sərt cəzalandırsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG