Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:14

Zabil Müqabiloğlunun məhkəməsi təxirə salınıb


«Gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğlu
«Gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğlu

Nərimanov Rayon Məhkəməsində «Gunxeber.com» saytının baş redaktoru Zabil Müqabiloğluna qarşı iddianın hazırlıq iclası təxirə salınıb.

Bu haqda AzdlıqRadiosuna baş redaktorun özü məlumat verib.

Zabil Müqabiloğlunu İmişli Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Süleyman Bəşirov məhkəməyə verib. İddiaya səbəb mayın 30-da «Gunxeber.com»da getmiş «Vilyam Hacıyevin attestasiya rüşvəti» yazısıdır.

Zabil Müqabiloğlu Nərimanov məhkəməsinin bu iddianı icraata götürməsini qanunsuz sayır:

«Baş redaktoru olduğum sayt Nərimanov rayonu ərazisində fəaliyyət göstərmir. Qeyd olunan yazının isə Nərimanov rayonu ilə heç bir əlaqəsi yoxdur. Mən bu rayonda yaşamıram və işləmirəm. İddiaçının da bu rayona aidiyyəti yoxdur.

Bu baxımdan sözügedən iddianın Nərimanov Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinin heç bir hüquqi əsası yoxdur. Bu iddianın icraata götürülməsi bizdə suallar doğurur. Güman edirəm ki, bu siyasi sifarişdir»

Zabil Müqabiloğlunun hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edir.
XS
SM
MD
LG