Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

«Ömürlük» prezidentlər (Infoqrafika)


.

İyunun əvvəlində Suriya prezidenti Bashar al-Assad-ın 3-cü dəfə prezident seçkisinin qalibi elan olunan kimi seçkilərin saxtalaşdırılması problem ilə yanaşı prezidentlik müddəti barədə polemikaları yenidən gündəmə gəlib.

Həmin siyahını tamamlamaq üçün dünyanın 195 ölkəsində dövlət rəhbərlərinin hakimiyyət ömrünə nəzər saldıq.

Prezident kimi seçilib krallar qədər uzun müddətə hakimiyyətdə qalanların klubu ilə ətraflı bu siyahıda tanış ol (Böyük görmək üçün şəklin üstünə vur):
Həmin 195 ölkədən 18-də monarxiya quruluşudur. Orada krallar və sultanlar var, onlar hakimiyyəti vərəsəliklə alır və adətən ömürlərinin sonuna qədər dövlətə rəhbərlik edirlər.

158 dövlət rəsmən respublika quruluşda idarə edilir, prezidentlər seçki ilə hakimiyyətə gəlirlər və bir qayda olaraq 2 müddətdən artıq seçkiyə getmirlər.

Demokratik sistemlərdə artıq bu bir qaydadır. Məsələn, ABŞ tarixində yalnız Franklin Delano Roosevelt 3-cü müddətə prezident seçilib. O da İkinci Dünya müharibəsi illərində.

Amma konstitusiyasına görə respublika olan, əslində isə monarxiya kimi idarə olunan 18 ölkə də var. Azərbaycan da daxil olmaqla bu cür ölkələrdə prezidentlər ən azı 3 dəfə seçkiyə gedərək qalib elan ediliblər.

Azərbaycan Konstitusiyası bir şəxsin 2 müddətdən artıq prezident olmasını yasaq edirdi, ancaq 2009-cu ildə referendum yolu ilə bu məhdudiyyət ləğv olundu.

​Keçmiş sovet respublikalarından Azərbaycanla bərabər Qazaxıstan, Belarus və Özbəkistan prezidentləri də bu siyahıdadır.

Üçüncü müddətə prezident seçilməyin qadağan edildiyi ölkələrdən Rusiyanın təcrübəsi xeyli orijinaldır. Bu ölkədə Vladimir Putin 2000 və 2004-cü ildə prezident seçkisinin qalibi elan edildi. O, 3-cü dəfə namizədliyini vermədi. Bir prezidentlik müddətində Dmitri Medvedev hakimiyyətdə oldu. 2012-ci ildə isə yenidən 3-cü müddətə prezident seçildi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG