Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:36
-
İyunun 17-də futbol üzrə Dünya Kuboku yarışlarında Braziliya-Meksika, Əlcəzair-Belçika, Rusiya-Cənubi Koreya oyunları olacaq.

BRAZİLİYA - MEKSİKA

Braziliyanın heyətində Hulkın zədəsi var, onun oynayacağı bəlli deyil. Məşqçi Scolari deyir ki, bu, itkidir, çünki komanda Hulkla birlikdə uzun müddət eyni sistemlə oynayıb.

Scolarinin bu sistemi ilə Braziliya son 17 oyundan 16-sını udub.

Hulk oynamasa, onun yerinə 21 yaşlı Bernard oynaya bilər.

Meksika Braziliya üçün çətin rəqibdir. İki il əvvəl Braziliya London olimpiadasında finalda məhz Meksikaya uduzdu.

Meksika Braziliya ilə son 15 oyundan 7-sini udub.

BELÇİKA - ƏLCƏZAİR

Belçikanın mıəşqçisi Marc Wilmots deyir ki, Chelsea klubunun 23 yaşlı ulduzu Eden Hazard yaxşıdırsa, yığmanın durumu da yaxşıdır və növbəti mərhələyə çıxacaq.

Əlcəzair yığmasının məşqçisi Vahid Halilhoddzic isə deyir ki, «Belçikanın heç də hamısı Ferrari deyil».

RUSİYA – CƏNUBİ KOREYA

Rusiyanın əsas kapitanı və pleymeykeri Roman Shirokov turnirdə iştirak etmir.
Məşqçi Capello onun yerinə yığmanın kapitanı vəzifəsinə Vasily Berezutsky ilə İqor Denisovdan birini seçməli idi. Capello lider kimi Berezutsky-ya üstünlük verib və bunu belə izah edib:

«O, ingiliscə bilir, bu da hakimlə ünsiyyətdə çox vacibdir».
XS
SM
MD
LG