Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:43
-
AMEA Hüseyn Cavidin Ev Muzeyinə ədibin böyük qardaşı və ilk ana dili müəllimi olan Şeyx Məhəmməd Rasizadəyə məxsus 45-dən çox nadir nüsxə kitab daxil olub.

Muzeyin yaydığı xəbərə görə, kitabların içində ən qiymətlilərdən biri Hüseyn Cavidin 1916-cı ildə qələmə aldığı «Şeyda» əsərinin 1925-ci ildə «Bakı fəhləsi» mətbəəsində çıxan təkrar nəşridir.

62 səhifəlik, əski əlifba ilə çap edilmiş bu əsər muzeyin qiymətli eksponatları sırasına salınıb.

Bundan başqa kitabların arasında Salman Mümtazın Hüseyn Cavidə hədiyyə etdiyi Seyid Əhməd Hafiz İsfahaninin «Tərcibənd» toplusu da diqqət çəkir.

Kitabın girişində Salman Mümtaz öz əl yazısı ilə qeyd edib:

«Zərif, həssas şairimiz Hüseyn Cavid bəy cənablarına töhfeyi-həqiranəmdir. Tiflis, 3 şəvval, 1331.»

Quranın təfsiri, şəriət məsələləri, tibbi biliklərə aid və ən müxtəlif mövzularda olan kitabların bir çoxu əsasən XIX-XX əsrlərdə İranda fars və ərəb dillərində çap edilmiş, həmin dövrdə mədrəsə təhsilində istifadə olunub.

Cavid əfəndi özü də bu zəngin ailə kitabxanasından istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG