Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:29
İyunun 17-də futbol üzrə Dünya Kuboku yarışlarında Braziliya-Meksika, Əlcəzair-Belçika, Rusiya-Cənubi Koreya oyunları olacaq.

Braziliya-Meksika

Braziliyanın heyətində Hulkın zədəsi var, onun oynayacağı bəlli deyil. Məşqçi Scolari deyir ki, bu, itkidir, çünki komanda Hulkla birlikdə uzun müddət eyni sistemlə oynayıb.
Scolarinin bu sistemi ilə Braziliya son 17 oyundan 16-sını udub.

Hulk oynamasa, onun yerinə 21 yaşlı Bernard oynaya bilər.

Meksika Braziliya üçün çətin rəqibdir. İki il əvvəl Braziliya London olimpiadasında finalda məhz Meksikaya uduzdu.

Meksika Braziliya ilə son 15 oyundan 7-sini udub.

Belçika-Əlcəzair

Belçikanın məşqçisi Marc Wilmots deyir ki, Chelsea klubunun 23 yaşlı ulduzu Eden Hazard yaxşıdırsa, yığmanın durumu da yaxşıdır və Belçika onda növbəti mərhələyə çıxa biləcək.

Əlcəzair yığmasının məşqçisi Vahid Halilhoddzic isə deyir ki, “Belçika yığmasında heç də hamı "Ferrari" deyil”.

Rusiya-Cənubi Koreya

Rusiyanın əsas kapitanı və pleymeykeri Roman Shirokov turnirdə iştirak etmir.
Məşqçi Capello onun yerinə yığmanın kapitanı vəzifəsinə Vasily Beruzutsky ilə İqor Denisovdan birini seçməli idi. Capello lider kimi Beruzutsky-ya üstünlük verib və bunu belə izah edib:

“o, ingiliscə danışır, bu da hakimlə ünsiyyətdə çox vacibdir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG