Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47
-
Bakı doğrudanmı Moskvaya yaxınlaşmağa doğru gedir? Bu,“Rossiyskaya Qazeta”nın iddiasıdır.

Andropovun 100 illiyi: Putin və Andropov.

Futbol Roma Papasının yanlış olduğunu göstərdi.

Dünya Mediası bu gün nədən yazır?


«Bakı yaxınlığa gedir». «Azərbaycan Rusiyanın daha mühüm tərəfdaşına çevrilir».

İyunun 23-də Qəbələdə 5-ci Rusiya-Azərbaycan regional forumu ərəfəsində Rossiyskaya Qazeta Rusiyanın regional inkişaf naziri İqor Slyunyaevdən müsahibə götürüb.

Nazir deyir ki, «Avrasiya iqtisadi birliyi – strateji layihədir, təkcə iqtisadi yox, həm də siyasi məkanda. Buna görə Azərbaycanın Avrasiya Birliyinə və ya Gömrük İttifaqına qoşulmağı tamamilə real perspektivdir. Mən hadisələrin belə inkişafını istisna etməzdim».

O daha sonra deyib ki, 2013-cü ildə Rusiyanın Azərbaycana ixracı 2,9 milyard dollar, Azərbaycanın Rusiyaya ixracı 637 milyon dollar olub. Rusiyanın 75 regionu Azərbaycanla ticarət əlaqəsi saxlayır. Keçən il Azərbaycan Rusiyaya 20 faiz çox pambıq satıb, ancaq meyvə-tərəvəz ixracı 40 faiz azalıb.

Bununla belə qəzet yazır ki, bu il pambıq, meyvə-tərəvəz ixracı ciddi şəkildə artırılacaq.

Azərbaycan - Rusiya əlaqələrinin gələcəyi haqda suala nazir Müslüm Maqomayevin sözləri ilə cavab verir:

«Azərbaycan mənim atam, Rusiya anamdır». O deyir ki, Rusiyadakı azərbaycanlılar və Azərbaycandakı ruslar özlərini bir ailənin üzvü kimi hiss edirlər və «biz hər vasitə ilə bu hissi gücləndirməliyik».

ANDROPOV - 100

Keçən bazar günü Yuri Andropovun anadan olmasının 100 illiyi idi.

KQB-nin keçmiş sədri, SSRİ-yə cəmi 15 ay rəhbərlik etmiş Andropov islahatçı ola bilərdi. Andropov SSRİ-ni gücləndirmək istədi, ancaq əcəl ona imkan vermədi. Görəsən, Andropov çox yaşasaydı, SSRİ dağılardımı və ya necə olardı? Bu sual çoxlarını düşündürür.

Moscow Times qəzeti maraqlı müqayisə apararaq yazır ki, bu sualın cavabı ola bilsin ki, var. Oxşar keçmişi və həyat yolu olan Putin faktiki olaraq Rusiyanı Andropovun inkişaf modelinə gətirib.

Andropovla Putinin yüksəlişi də oxşar hadisələrdən başlanıb. Putinin hakimiyyət zirvəsinə yüksəlişi Çeçenistan müharibəsindən başladığı kimi Andropovun yüksəlişi də 1956-cı il Macarıstan hadisələrindən başlanıb.

Macarıstanda üsyanın qanına qəltan edilməsində əsas lobbiçi o vaxtkı SSRİ səfiri, heç kimin tanımadığı Andropov idi.

Andropov 11 il KQB sədri olub. Bu dövrdə dissidentlərə - o cümlədən Yazıçı Aleksandr Soljenitsın, insan haqları müdafiəçisi Andrey Sakharova qarşı səlib yürüşü olub. 1979-cu ildə Əfqanıstana Sovet Ordusunun yeridilməsinin təşəbbüskarı da Andropov olub.

Ancaq qəzet yazır ki, Putin Andropovun tam eyni deyil. Andropovdan fərqli olaraq Putinin güclü ideologiyası yoxdur. Putin siyasi mübarizələrdən salamat çıxma ustasıdır. İdeologiyanın olmaması o deməkdir ki, Putin Andropovdan fərqli olaraq ciddi islahatlar apara bilməz.

SÜNNİ - ŞİƏ DAVASI

Wall Street Journal qəzeti yazır ki, İraq və Suriya İslam Dövləti təşkilatının qəddarlığı bu təşkilatın təbiətinin iki mühüm tərəfini göstərir: Bu təşkilat insanların haqlarına və insanlarına həyatına təhlükədir. Belə görünür ki, bu təşkilat İraqda sünnilərlə şiələr arasında bütün mümkün davaları sala bilər.

15 MİN YARAQLI

Washington Post qəzeti yazır ki. Ukrayna prezidenti Petro Poroshenko Ukrayna ordusuna Rusiya ilə sərhəddi bir həftəyə nəzarətə götürmək əmri verib və deyib ki, bu məqsədə çatdıqdan sonra separatçılarla müvəqqəti atəşkəs olacaq.

Separatçıların atəşkəsə razı olacağı hələ məlum deyil.

Poroshenko deyib ki, atəşkəs uzunmüddətli sülh planında birinci addım olacaq. Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri Parubiy isə deyib ki, Ukraynanın şərqində olan yaraqlıların sayı 15 mindən 20 minə kimidir.

Poroshenko sülh planından danışdığı gün yaraqlılar Donetsk regionunda yeni ərazilər və binalar tutmaqda davam edib.

ATƏT isə bildirib ki, hökumət qoşunları ilə yaraqlılar arasındakı atışmada su stansiyası ziyan çəkib və Donetsk vilayətinin 4 milyonluq əhalisi susuz qala bilər.

FUTBOL PAPANIN YANLIŞ OLDUĞUNU GÖSTƏRDİ

«The Guardian» qəzeti yazır ki, Braziliyada futbol üzrə Dünya Kuboku Roma papası Francisin yanlış olduğunu göstərdi. İspaniya jurnalı La Vanguardiaya müsahibəsində Roma Papası demişdi:

«Balkan xalqları o qədər fərqlidir ki, onları yapışqanla da birləşdirmək olmaz.»

Ancaq Dünya Kuboku yarışlarına çıxa bilməyən Serbiyada, məsələn, gənclər «Qonşulara Dəstək» kampaniyasına başlayıblar. Bu kampaniya Dünya Kubokunda Xorvatiya və Bosniya yığmalarına dəstək üçündür.

Qəzet yazır ki, Balkanlarda xaqları bu yaxınlarda dəhşətli sel birləşdirmişdi, indi isə futbol birləşdirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG