Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:34

ABŞ Prezidenti Barack Obama Konqresi xəbərdar edib ki, Bağdaddakı ABŞ səfirliyinin qorunması üçün 275 əsgər göndərib.

«İraq və Şam İslam Dövləti» (İŞİD) adlı sünni yaraqlı qrupu İraqın şimalında böyük əraziləri tutub və Bağdada doğru irəliləyir.

Obamanın bəyanatı ABŞ qanunvericiliyinə uyğundur.

ABŞ rəsmiləri təsdiqləyiblər ki, İranla məsləhətləşmələr aparıb, Tehranın İraqda məzhəblərarası gərginliyi azaltmağa töhfəsini müzakirə ediblər. İraqı şiə baş nazir Nuri al-Maliki idarə edir. Ancaq Ağ Ev bildirib ki, Birləşmiş Ştatlarla İran arasında İraqda hər hansı hərbi əməliyyat istisna olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG