Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:15

Qaz diplomatiyası


Prezident İlham Əliyev və xanımı Yunanıstanda, 15 iyun 2014
Prezident İlham Əliyev və xanımı Yunanıstanda, 15 iyun 2014
AZƏRBAYCAN-YUNANISTAN

Azərbaycan prezidenti İlham Əliyevin iyunun 16-17-si Yunanıstana səfərində TAP - Transadriatik Qaz Kəmərinin tikintisi və SOCAR-ın DESFA-da 66 faiz pay alması müzakirə olunur.

DESFA – Yunanıstanda qaz ötürücü və qaz paylayıcı operatordur. 2013-cü ildə SOCAR DESFA –da 66 faiz pay almağa tenderi uddu. Azərbaycan şirkəti buna 400 milyon avro verəcək.

TAP kəmərinin tikintisinə 1,5 milyard avro investisiya da İlham Əliyevin Yunanıstan səsfərinin gündəliyində olan məsələdir. TAP Xəzər dənizi və Yaxın Şərq ölkələri qazının Qərbi Avropaya çatdırılmasını nəzərdə tutur. O, Yunanıstan, Albaniya və Adriatik dənizinin sahillərindən keçib, İtaliyaya getməlidir. Uzunluğu 520 km olan kəmərin gücü ildə 20 milyard kub metr ola bilər.

RUSİYA-SERBİYA

Eyni gündə- iyunun 16-da Rusiyanın xarici işlər naziri Lavrov Serbiyaya gedir. O, Cənub Axını layihəsini müzakirə edəcək.

Serbiyanın “Politika” qəzeti yazır ki, Bolqarıstanın ardınca “Serbiyanın da Cənub Axını layihəsi üzrə kəmərin tikintisini dayandırması xəbəri yalnlış təəsürat oyadıb ki, Serbiya öz təşəbbüsü olan bu kəmərdən imtina edir və Serbiya belə bir qərar verib”.

Bu günlərdə Bolqarıstan öz ərazisində Rusiyadan Avropaya getməli Cənub Axını kəmərinin tikintisini daynadırdı. Buna səbəb qaz ixracı və qaz kəmərləri ilə bağlı Avropa Birliyinin qaydalarının pozulmasıdır.

TÜRKİYƏ-İRAN

Gələn həftə Türkiyə nümayəndə heyəti İrana səfər edəcək və İran qazının qiyməti müzakirə olunacaq. Türkiyə işlətdiyi qazın 20 faizini İrandan alır. Türkiyə qazın qiymətinin aşağı salınmasını istəmişdi və İran prezidentinin bu günlərdə Türkiyəyə səfərində bu məsələdə razılığa gəlindiyi bildirilirdi.

RUSİYA-AZƏRBAYCAN

Rusiyanın xarici işlər naziri Lavrov və baş nazirin müavini Raqozin iyunun 17-də Baklıya səfər edir.

AVROPA BİRLİYİ-AZƏRBAYCAN

Avropa Komissiyasının sədri Barrosonun Azərbaycana səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra jurnalistlərə deyib ki, “İlham Əliyevlə görüşdə biz vacib qərarlar verdik”

Onun sözlərinə görə, bunlardan biri Avropa Birliyi ilə Azərbaycan arasında yeni sazişin hazırlanmasının sürətləndirilməsidir. Bu, strateji modernləşdirmə haqda əməkdaşlıq sazişidir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG