Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Korrupsiya ilə mübarizə idarəsinin keçmiş rəsi müavini özünü 6-cə mərtəbədən atıb


Arxiv fotosu.

Arxiv fotosu.

.

Rusiyanın Daxili İşlər Nazirliyində korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə idarəsinin keçmiş rəis müavini intihar edərək İstintaq İdarəsinin binasının 6-cı mərtəbəsinin balkonundan özünü atıb.

Boris Kolesnikov cinayətkar dəstə düzəltməkdə, rüşvət istəməkdə və səlahiyyətlərini aşmaq ittihamı ilə bu ilin fevralında həbs olunub.

Onunla birlikdə keçmiş rəisi də həbs olunmuşdu.

İstintaq İdarəsindən Markin bildirib ki, Kolesnikov həbsdə olarkən 2 dəfə intihara cəhd etmişdi.

Kolesnikovun cinayətləri sübut olunsa idi, onu 10 ilədək həbs cəzası gözləyirdi.
XS
SM
MD
LG