Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Yaraqlılar Donetskdə Mərkəzi Bank binasını tutublar


Rusiyapərəst yaraqlılar Donetskdə mərkəzi bank binasını tutublar.

Yaraqlıların nümayəndəsi Oleksandr Matyushin iyunun 16-da deyib ki, yaraqlılar yerli hakimiyyətlə müzakirəyə başlayıblar ki, yerli vergilər və xəzinədarlıq “Donetsk Xalq Respublikasına” verilsin.

Matyushin deyib ki, yığılan vergilər Kiyevə getməli deyil, Donetskdə qalmalıdır.
Özünü respublika elan edən Donetskin baş nazirinin birinci müavini Andrey Purgin deyib ki, bu, xəzinədarlığın zorla zəbt edilməsi deyil, dialoqdur.

Yaraqlılar bank binasını tutandan sonra bura keçikçi qoyublar, bank işçiləri isə binanı tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG