Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:18
“İstifadəyə yararlı olmayan kombaynlar onillik kreditlə verilir, yeni kombaynlarsa gizlədilir, fermerlərin vəziyyəti çox ağırdır”.

Bunu “Qaynar xətt”ə Şamaxı rayonundan olan fermer Əsəd Babayev deyir:

"MƏHSUL GÖZ GÖRƏ-GÖRƏ MƏHV OLUR"

“Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsinin hesabına vaxtaşırı ölkəyə yeni aqrotexnikalar alıb gətirir. Ancaq bu texnikanın xeyrini kimlər görür, bilmirik. Kombaynlar 8-10 il istismar edildikdən sonra qurumun rayon şöbələrinin nəzdindən çıxarıb fermerlərə 25-30 min manata satırlar. Köhnə olduğundan azı 10 min manat da əlavə xərc çəkib düzəltdiririk. Başqa əlacımız yoxdur. Yığım mövsümü gələndə taxılı yığmağa texnika tapmırıq. Məhsul göz görə-görə zay olub gedir. O ki qaldı yeni texnilakara, bu texnikaları kim işlədir, harada işlədir, bilmirik. Gördüyümüz istismar müddəti bitmiş texnikalardır”.

VƏSAİT MƏNİMSƏNİLİB?

Ekspert Nadir Əhmədov deyir ki, ötən mövsümdə ciddi kombayn çatışmazlığı nəticəsində məhsul itkisi ilə üzləşmişdilər. Taxılyığan kombayn almaq üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb. Bu vəsaitin əksər hissəsi aqrar sektora rəhbərlik edənlər tərəfindən mənimsənilib. Nəticədə fermerlərə yeni kombaynlar yox, istismar müddəti bitmiş kombaynlar satılır.

NAZİR DEYİR Kİ...

Bu ilin fevral ayında kənd təsərrüfatı naziri Heydər Əsədov Şirvan "Aqrolizinq" Təzhizat bazasında yeni gətirilmiş Hollandiya istehsalı Olan “Sampo“ markalı kombayınların fermerlərə verilməsi tədbirində iştirak edib.
Dəyəri 110 min manat civarında olan kombayınlar fermerlərə lizinq şərtləri ilə 10 illiyə verilib. Hazırda Şirvan "Aqrolozinq" təchizat bazasında 106 ədəd "Sampo" markalı yeni kombaynlar gətirilib. Yaxın vaxtlarda isə digər olkələrin istehsalı olan yeni kombaynların gətirilməsi də nəzərdə tutulub. Kənd təsərrüfatı naziri yeni texnikaların alınmasını ölkə prezidentinin bu sahayə yüksəl diqqətinin nəticəsi olduğunu bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG