Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:29
“Burada yaşadığımız gündən bəri su üzünə həsrət qalmışıq. Müxtəlif yerlərdən su daşıyıb birtəhər vəziyyətdən çıxırıq”.

Bunu “Qaynar xətt”ə Zabrat -1 qəsəbəsi, Oktyabr küçəsinin sakini Mirzəli Fətullayev deyir. Onun sözlərinə görə, küçədə yaşayan 90 ailə susuzluqdan və kanalizasiya xəttinin yoxluğundan əziyyət çəkir:

ÖZ HESABLARINA ÇƏKDİKLƏRİ SU DA QURUYUB

“Öz hesabımıza yaxınlıqdakı köhnə maşınqayırma zavodundan su xətti çəkmişik. Xüsusi mühərriklər vasitəsilə su əldə edirik, o da çox vaxt quruyur. Yəni həmin xəttdə də su olmur. Bu səbəbdən gecə-gündüz xətti yoxlamaq məcburiyyətində qalırıq ki, bəlkə su gəldi, Bu azmış kimi, su idarəsindən gəlib istifadə olunan suya görə ödəniş də istəyirlər”.

Sakinin sözlərinə görə, 2 il əvvəl su idarəsinin işçiləri əraziyə baxış keçiriblər. Qazıntı işlərinə başlayaraq küçənin başlanğıcına kimi su və kanalizasiya boruları çəkiblər. Amma sonuncu boru elə küçənin başlanğıcında qalıb. İşlər başa çatdırılmayıb. O vaxtdan bəri ərazidə fəhlələri “gördüm” deyən olmayıb.

“Azərsu” ASC Zabrat -1 qəsəbəsi, Oktyabr küçəsinə su çəkiləcəyini vəd edir. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının deməsinə görə, küçədəki su probleminin həlli ilə əlaqədar Sabunçu Rayon Su-kanal İdarəsinə tapşırıq veriləcək və həmin ərazi daimi su ilə təmin olunacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG