Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:39

İŞİD türkmənlərin yaşadığı Telafer şəhərini ələ keçirib


Arxiv foto

Arxiv foto


İraq Şam İslam Dövləti (İŞİD) silahlıları İraqın əsasən türkmənlər yaşayan Telafer şəhərini ələ keçirib.

İraq Türkmən Cəbhəsinin Telaferdəki nümayəndəliyi bildirib ki, şəhər gecə saat 2-də ələ keçirilib.

Təxminən 400 min nəfər türkmənin yaşadığı Telaferə hücum dünən səhər saatlarından başlayıb.

İŞİD silahlıları ilə 6 min türkmən könüllü və mərkəzi hökumətə bağlı olan hərbçilər arasında gün ərzində döyüş olub. Hava qaralanda isə şəhər silahlıların əlinə keçib. Şəhərin Qala Məhəlləsindəki tarixi Türk Qalası da silahlıların nəzarətindədir.

Silahlılar şəhəri ələ keçirəndən sonra minlərlə türkmən kürdlərin nəzarətində olan Sincar bölgəsinə köç edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG