Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:51

Kosovoda parlamentə namizəd qətlə yetirilib


-
Kosovonun baş naziri Hashim Thaci-nin partiyasından parlamentə namizəd qətlə yetirilib. Polis deyir ki, Elviz Pista iyunun 15-də Rahovec şəhərində restorandan çıxarkən ona arxadan 4 dəfə atəş açılıb.

Kosovoda 8 iyun seçkilərinin nəticələri hələlik açıqlanmayıb. Pista-nın yer qazandığı bəlli deyil. Ancaq ilkin nəticələr onun önə çıxdığını göstərib.

Elviz Pista sünbülü saçlarına görə diqqətçəkən siyasətçi olub.

Thaci deyib ki, hakimiyyət qatilin tapılması üçün gərəkən hər şeyi edir. Onun partiyası seçkilərdə daha çox yer qazanıb, ancaq hökuməti formalaşdırmaq üçün koalisiya tərəfdarı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG