Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:59

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Minskdə səfərdədir. O, Belarus həmkarı Uladzimir Makey ilə Ukrayna böhranını müzakirə edəcək.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə, Lavrov və Makey Ukrayna böhranı ilə əlaqədar Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının aspektlərini də götür-qoy edəcəklər. Nazirlik bildirir ki, danışıqlar «ikitərəfli və beynəlxalq məsələlərə həsr olunacaq».

MDB, Avrasiya İqtisadi İttifaqı, digər qurumlar çərçivəsində əməkdaşlıq da buraya daxildir.

Lavrov daha sonra Belqrada səfər edəcək, Serbiya hökumət təmsilçiləri ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG